Azərbaycanda tender təminatının geri qaytarılıb-qaytarılmayacağı hallar müəyyən edilib

Azərbaycanda tender təminatının geri qaytarılıb-qaytarılmayacağı hallar müəyyən edilib Azərbaycanda dövlət satınalmaları zamanı komissiya təklifin təminatını ehtimal olunan qiymətin 1-3 %-i qədər müəyyən edəcək.
Milli Məclis
14 İyul , 2023 12:33
Azərbaycanda tender təminatının geri qaytarılıb-qaytarılmayacağı hallar müəyyən edilib

Azərbaycanda dövlət satınalmaları zamanı komissiya təklifin təminatını ehtimal olunan qiymətin 1-3 %-i qədər müəyyən edəcək.

"Report" xəbər verir ki, bu, “Dövlət satınalmaları haqqında” qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 iş günü çox olmalıdır.

Həmçinin satınalma komissiyası qarant barədə hər hansı tələbini, habelə təklif üçün tələb olunan təminatın növünü, formasını və digər şərtlərini şərtlər toplusunda göstərir.

Dövlət satınalmaları zamanı təchizatçı təkliflərin təqdim edilməsinin son müddəti bitdikdən sonra və ya təklifin qüvvədə olma müddəti bitənədək öz təklifini geri götürdükdə və ya dəyişdirdikdə, təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını təqdim etmədikdə, təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı satınalma müqaviləsi imzalananadək şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtləri yerinə yetirmədikdə təchizatçının təklifinin təminatı geri qaytarılmır.

Satınalmada ilk üç yerdən birini tutmayan təchizatçılara – satınalmanın nəticələrinə dair yekun protokol təsdiq olunduqda, satınalmada ikinci və üçüncü yerləri tutan təchizatçılara – qalib təchizatçı ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdə, qalib təchizatçı istisna olmaqla, digər təchizatçılara – təkliflərin qüvvədə olma müddəti bitdikdə, bütün təchizatçılara – təkliflərin təqdim edilməsinin son müddəti bitməmişdən əvvəl təklif geri götürüldükdə və ya satınalma ləğv edildikdə, təkliflərin qüvvədə olma müddətinin uzadılması təşəbbüsü ilə razı olmayan təchizatçılara – təkliflərin qüvvədə olma müddəti bitdikdə, qalib təchizatçıya – satınalma müqaviləsi imzalandıqda və icra təminatı təqdim edildikdə təchizatçının təklifinin təminatı geri qaytarılır.

Dəyişiklik layihəsi III oxunuşda təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi