Azərbaycanda sığortaolunanın fərdi şəxsi hesabına daxil edilən məlumatların siyahısı genişləndirilir.
"Report"un xəbərinə görə, bununla bağlı "Sığorta haqqında" qanuna dəyişikliklər təklif olunur.
Dəyişikliklə sığortaolunanın fərdi şəxsi hesabına daxil edilən məlumatlar sırasına fərdi identifikasiya nömrəsinin (FİN), xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumat əlavə edilir.