Azərbaycanda qeyri-formal məşğuluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatı yaradılır
- 30 may, 2018
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanda qeyri-formal məşğuluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatının yaradılması təklif edilir.
“Report”un xəbərinə görə, bununla bağlı yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsinə yeni maddə əlavə edilir.
Əlavə edilən 31-ci (“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı) maddəyə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron infiormasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır.
“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatının inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.