Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq.
Milli Məclis
1 İyun , 2023 11:10
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq.

"Report"un xəbərinə görə, bu, "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-3-cü maddədə (Nəqliyyat vasitələrinin utilizasiyası fondunun yaradılması və fəaliyyəti) əksini tapıb.

Yeni maddəyə əsasən Qanunun 14-8-ci maddəsinə əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılacaq.

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşir:

- utilizasiyası haqqı;

- kreditlər və qrantlar;

- hüquqi və fiziki şəxslərin könüllü ianələri; beynəlxalq təşkilatların və digər donorların ayırmaları; qanunla qadağan olunmayan digər mənbələr.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Son xəbərlər

Orphus sistemi