Azərbaycanda maaşlar 8 faizdən çox artırılacaq

Azərbaycanda maaşlar 8 faizdən çox artırılacaq “Gələn il böyük bir paket həyata keçiriləcək. Əməkhaqları 8 faizdən çox artırılacaq. İnflyasiya isə 4 faiz olacaq”.
Milli Məclis
16 Noyabr , 2021 15:43
Azərbaycanda maaşlar 8 faizdən çox artırılacaq

“Gələn il böyük bir paket həyata keçiriləcək. Əməkhaqları 8 faizdən çox artırılacaq. İnflyasiya isə 4 faiz olacaq”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2021-ci ildə ölkədə qiymətlərin də artması əhalinin durumunun pisləşməsinə gətirib çıxarıb: “Əhalinin cari ildə real gəlirləri azalıb. Gələn il büdcədə əhalinin sosial rifahının yaxşılaşdırılması üçün vəsait ayrılıb”.

Deputat bildirib ki, bu gün süni qiymət artımı müşahidə edilir: "Təəssüf ki, bunun bir səbəbi məmur monopoliyasıdır. Süni qiymət artımı əhaliyə xeyli ziyan vurur. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması üçün həyata keçiriləcək tədbirlər monopol inflyasiyanın qarşısını almağa kömək edə bilər. Biz qlobal təsirlərin inflyasiyaya təsirinə mane ola bilmərik. Amma daxildə buna təsir edən amillərə qarşı tədbirləri gücləndirməliyik”

Son xəbərlər

Orphus sistemi