Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi 200 manata qaldırılır

Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi 200 manata qaldırılır Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi artırılır.
Milli Məclis
2676
27 Oktyabr , 2021 12:26
Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi 200 manata qaldırılır

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi artırılır.

"Report"un əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci il üçün ehtiyac meyarının həddinin 200 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.

Son xəbərlər

Orphus sistemi