“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Milli Məclis
  • 25 sentyabr, 2018
  • 08:11
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib
Report

Bakı. 25 sentyabr. REPORT.AZ/ Milli Məclisdə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report”un xəbərinə görə, konfransda Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvləri, BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Melek Çakmak, eləcə də digər millət vəkilləri və FAO-nun nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları çıxışlarında Azərbaycandakı mövcud vəziyyətdən danışıblar. Onlar ölkədə kənd təsərrüfatı sahəsinin inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, qeyri-neft sektorunun inkişafı ölkə rəhbərliyinin siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Konfransda Milli Məclisin deputatları bir sıra təkliflər irəli sürüblər.

44 filmi