Azərbaycanda bəzi təhsil işçilərinə verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib

Azərbaycanda bəzi təhsil işçilərinə verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycanda təhsil müəssisələrində rəhbər işçilərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə və psixoloqlara verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib.
Milli Məclis
30 Aprel , 2018 15:02
Azərbaycanda bəzi təhsil işçilərinə verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycanda təhsil müəssisələrində rəhbər işçilərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə və psixoloqlara verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib.

“Report”un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinin 118-ci (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) 2-ci hissəsinin “a” bəndinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 gün müddətinə veriləcək.

Son xəbərlər

Orphus sistemi