Azərbaycanda hərbi xidmətlə bağlı alternativ modelin tətbiqi təklif olunur

Azərbaycanda hərbi xidmətlə bağlı alternativ modelin tətbiqi təklif olunur Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib.
Milli Məclis
1 Fevral , 2024 12:13
Azərbaycanda hərbi xidmətlə bağlı alternativ modelin tətbiqi təklif olunur

Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib.

“Report”un məlumatına görə, o, bu kimi addımın gənclərin təhsilinə əlavə təkan olacağını bildirib.

Onun sözlərinə görə, tam müddət hərbi xidməti saxlamaqla aşağı müddətli qradasiyalar müəyyən oluna bilər: "Buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Tutaq ki, müddətli həqiqi hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar”.

Deputat vurğulayıb ki, hər bir vətəndaş hərbi xidmət borcunu yerinə yetirməlidir: “Ancaq ali təhsil almış şəxslər 1 il ərzində hərbi xidmətdə olmalarından sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olunmaq, karyera quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar. Ona görə də belə bir dəyişiklik edilməklə gənclərimiz azı iki aylıq hərbi xidmət proqramı keçərək təhsillərini davam etdirməyə, yaxud karyera quruculuğu prosesinə qayıda bilərlər. Bu həm təhsil, həm də karyera kimi vacib məqamlarda ardıcıllığın əldə edilməsinə səbəb ola bilər”.

Son xəbərlər

Orphus sistemi