Azərbaycanda 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək

Azərbaycanda 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.
Milli Məclis
6 Mart , 2018 15:01
Azərbaycanda 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov “Report”a açıqlamasında bildirib ki, turnir mart ayının 9-11-u tarixinə təyin olunub.

O xatırladıb ki, Prezident İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan edib və bununla bağlı sərəncam imzalayıb: “Futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub. Turnir Milli Məclisin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək”.

Deputatın sözlərinə görə, turnirlə əlaqədar 5 ölkədən deputat dəvət edilib: “Bu turnir həm Azərbaycanın, həm də Milli Məclisin tarixində baş tutan ilk beynəlxalq Parlament idman tədbiri olacaq. Beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və turizm komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki mədəniyyət, idman və turizm komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək. Turnirdə adları çəkilən ölkələrdən 82 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 62 nəfər millət vəkili, digərləri isə keçmiş millət vəkilləri və Parlament aparatlarının əməkdaşlarıdırlar”.

F.Muradov bildirib ki, bu turnir həm də parlamentarilər arasında sağlam həyat tərzinin təbliği baxımından böyük əhəmiyyətə malikdir: “Azərbaycanın həm də böyük idman ölkəsi olduğunu əyani şəkildə qonaqların diqqətinə çatdıracağıq. Ulu öndər zaman-zaman vurğulamışdı ki, biz idman vasitəsilə özümüzü, ölkəmizi, gerçəkliklərimizi, potensialımızı dünyaya təbliğ edə bilərik”.

Son xəbərlər

Orphus sistemi