Adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək.
"Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Həmin möhlət hüququ təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.