617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 nəfər müraciət edib.
Milli Məclis
8 Yanvar , 2020 17:10
617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Mərkəzi Seçki Komissiyası / Report / Elchin Murad

"Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 nəfər müraciət edib".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 2149 nəfəri isə imza vərəqələrini artıq götürüb, 1041 nəfəri qaytarıb, 617-si isə qeydə alınıb”.

Son xəbərlər

Orphus sistemi