Yuxarı

Türkiyəli müşahidəçi: "Azərbaycanda parlament seçkiləri qərb standartlarına uyğun şəkildə keçirilib"

Seçkilərlə bağlı bir neçə məsələdə Azərbaycan Türkiyəni qabaqlayır

Bakı. 2 noyabr. REPORT.AZ/ "Azərbaycanda parlament seçkiləri qərb standartlarına uyğun şəkildə keçirilib". Bunu "Report"a Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin baş katibi Akkan Suver deyib.

O bildirib ki, sonuncu dəfə Yunanıstan və Bolqarıstanda seçkiləri müşahidə edib: "Azərbaycanda daha yüksək səviyyədə seçkilər baş tutub. Bu seçkilərdə şəffaflıq var idi. Seçkiləri dünyanın istənilən ölkəsindən izləmək mümkün idi. Belə bir şey Avropanın bəzi demokratik ölkələrində belə yoxdur. Hətta bu məsələdə Azərbaycan Türkiyəni belə qabaqlayır".

O əlavə edib ki, seçicilərdə böyük səmimiyyət görüb: "İnsanlar doğmaları, yaxınları ilə seçkilərdə iştirak etməsi bizə xoş təsir bağışladı".

A.Suver deyib ki, Türkiyədə seçiciyə səs verəndən sonra kimə səs verdiyini soruşmaq düzgün qarşılnamır: "Amma Azərbaycanda bu fərqlidir. Azərbaycanda "Exit-poll" keçirilir və hər kəs səmimi olaraq kimə səs verdiyini açıq şəkildə etiraf edir. Azərbaycan bu məsələdə də Türkiyəni qabaqlayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi