Yuxarı
    Bağlamaq

    MSK sədri: "Sosial şəbəkələrdə yayılan və dəqiq ünvanı göstərilməyən videoları araşdıra bilmədik"

    MSK sədri: Azərbaycanda keçirilən seçkiləri dünyanın inkişafı etmiş ölkələrindəki seçkilərlə müqayisə etmək olar

    Bakı. 18 noyabr. REPORT.AZ/ “Azərbaycanda seçki ilə bağlı proseslər günün tələblərinə uyğundur. Keçirilən seçkiləri dünyanın inkişafı etmiş ölkələrində keçirilən seçkilərlə müqayisə etmək olar”.

    “Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. 

    M.Pənahov qeyd edib ki, dünyanın bütün ölkələrində seçkilərin keçirilməsində qüsurlar olur: “Azərbaycanda Seçki Məcəlləsi beynəlxalq standartlara uyğun hazırlanıb. Azərbaycanda keçirilən seçkilərə bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət rəy verilib. Keçirilən seçkiləri dünya ölkələrindən olan müşahidəçilər izləyirlər. Amma nədənsə bu prosesi görmək istəməyənlər də meydana çıxır”.

    O bildirib ki, seçki məntəqələrində veb-kameralar quraşdırılıb, bu addım şəffaflığı təmin etmək üçün edilib: “Azərbaycanda siyasi mövqe ortaya qoyan güc olsaydı, onlar çalışardılar ki, nəticəyə təsir etsinlər. Sosial şəbəkələrdə yayılan və dəqiq ünvanı göstərilməyən videoları, bunun hansı məntəqələrdə baş verdiyini araşdıra bilmədik. Çünki ünvan yoxdur. Bu o deməkdir ki, kimlərsə başqa maraqlar güdürlər. Elə videogörüntülər vardı ki, orada heç dairənin adı da göstərilmirdi". 

    M.Pənahov əlavə edib ki, Azərbaycan ictimaiyyəti ölkənin gələcəyinə biganə deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi