Yuxarı

Rusiya MSK-nın sədri: "DTİHB ölkədən dəvət alıbsa, seçkiləri müşahidə etməyə borcludur"

Vladimir Çurov Azərbaycandakı seçkinin yüksək səviyyədə təşkil edilməsini vurğulayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməməsi qanunsuzdur. Onlara buna görə pul ayrılır".

"Report" xəbər verir ki, bu sözlər Rusiya Federasiyası MSK-nın sədri Vladimir Çurova məxsusdur.

Onun sözlərinə görə, ATƏT-in DTİHB ölkədən dəvət alıbsa, seçkiləri müşahidə etməyə borcludur.

Seçkidə öz müşahidələri barədə danışarkən, V.Çurov 6 seçki məntəqəsində olduğunu qeyd edib.

MSK sədri seçkilərin yüksək səviyyədə təşkil edildiyini bildirib: "Seçkilərin təşkili və seçicilərin dəqiq siyahıyaalınması məni heyran etdi. İlk dəfə seçicilər üçün əlavə siyahının yaradılmamasını gördüm. Deməli, səsverənlərin hamısı özlərini seçki siyahısında tapa bilib. Bu inanılmaz şeydir. Heç Rusiyada da belə halla rastlaşmamışdım".

Çurov, həmçinin qeyd edib ki, müşahidə zamanı heç bir qayda pozuntusu qeydə alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi