Şeyxülislam Allahşükür Paşazadə dindarları Milli Məclisə seçkilərdə fəal iştirak etməyə çağırıb

Şeyxülislam Allahşükür Paşazadə dindarları Milli Məclisə seçkilərdə fəal iştirak etməyə çağırıb "Yalnız daxili vəhdətimizi qorumaqla bəlalardan qoruna bilərik"
Milli Məclis
13 Oktyabr , 2015 14:27
Şeyxülislam Allahşükür Paşazadə dindarları Milli Məclisə seçkilərdə fəal iştirak etməyə çağırıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Azərbaycan dindarları vətəndaşlıq borclarını yerinə yetirərək, Milli Məclisə seçkilərdə fəal iştirak etməli, bəyəndikləri namizədə səs verməlidirlər".

"Report"un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı keçirilən tədbirdə deyib.

QMİ sədri hazırda dünyada gedən mürəkkəb proseslər - iqtisadi böhran, siyasi gərginliklər, mənəvi aşınmalar barədə fikirlərini bölüşüb, dindən, müqəddəs İslam adından sui-istifadə edilərək, terror və işğalların həyata keçirilməsinin fəsadlarından danışıb: "Yalnız daxili vəhdətimizi qorumaqla, milli-mənəvi birliyimizi daha da möhkəmləndirməklə, vətənimizin maraq və mənafelərinə sadiq olmaqla biz bu bəlalardan qoruna bilərik".

Qeyd edək ki, tədbirdə Ankara şəhərində baş vermiş terror zamanı şəhid olanların xatirəsi anılıb.

Son xəbərlər

Orphus sistemi