Nazir: “Azərbaycana gəlmədən Milli Məclisə seçkiləri izləmək mümkün olacaq”

Nazir: “Azərbaycana gəlmədən Milli Məclisə seçkiləri izləmək mümkün olacaq” “Kiber-hücumlardan qorunmaq üçün də təcrübəmiz var”
Milli Məclis
21 Oktyabr , 2015 16:31
Nazir: “Azərbaycana gəlmədən Milli Məclisə seçkiləri izləmək mümkün olacaq”

Bakı. 21 oktyabr. REPORT.AZ/ “Dünyanın bir çox ölkələrində belə sistemə rast gəlmək olmaz, Azərbaycanda isə bu şərait yaradılıb. Yəni ölkəyə gəlmədən də seçkini izləmək olar”

“Report”un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan “veb-kamera”ların texniki nəzarət mərkəzinə baxış zamanı deyib.

O bildirib ki, seçki ilə bağlı bu cür işlərin görülməsi təqdirəlayiq haldır: “Kiber-hücumlardan qorunmaq üçün də təcrübəmiz var. Bu sistemə müdaxilə olsa da, dəf ediləcək. Xarici partnyorlarımız var, lazım olarsa, onlara da müraciət olunacaq. Kiber-hücumlardan qorunmaq üçün üçqat ehtiyatlanma sistemi qurulub”.

Son xəbərlər

Orphus sistemi