Yuxarı

​MSK səsvermənin nəticələrinin yoxlanılması işini noyabrın 21-dək yekunlaşdıracaq

Protokollar yoxlandıqdan sonra seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim ediləcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması işini noyabrın 21-dək başa çatdıracaq.

"Report" xəbər verir ki, "V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesi səsvermə günündən ən geci 20 gün keçənədək başa çatmalıdır.

Həmin təqvim planına əsasən, MSK protokolları yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində təsdiqləməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi