Yuxarı
    Bağlamaq

    ​MSK sədri seçkiqabağı təşviqatın zəif olması ilə bağlı fikirlərə münasibət bildirib

    Məzahir Pənahov: Azərbaycandakı seçkiqabağı proses normal gedir

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində seçkiqabağı təşviqatın zəif olması ilə bağlı fikirlərə münasibət bildirib. 

    “Report”un məlumatına görə, M.Pənahov deyib ki, hazırda təşviqat normal şəraitdə aparılır. Onun sözlərinə görə, bütün dünyada təşviqat prosesi sosial şəbəkələrdə aparılır: “Belə təşviqat əvvəlki seçkilərdən müqayisəolunmaz dərəcədə fərqlənir. Çünki sosial şəbəkələri bütün dünya izləyir. Hesab edirəm ki, Azərbaycandakı seçkiqabağı proses normal gedir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi