​MSK sədri seçkiqabağı təşviqatın zəif olması ilə bağlı fikirlərə münasibət bildirib

​MSK sədri seçkiqabağı təşviqatın zəif olması ilə bağlı fikirlərə münasibət bildirib Məzahir Pənahov: "Azərbaycandakı seçkiqabağı proses normal gedir"
Milli Məclis
21 Oktyabr , 2015 16:43
​MSK sədri seçkiqabağı təşviqatın zəif olması ilə bağlı fikirlərə münasibət bildirib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində seçkiqabağı təşviqatın zəif olması ilə bağlı fikirlərə münasibət bildirib. 

“Report”un məlumatına görə, M.Pənahov deyib ki, hazırda təşviqat normal şəraitdə aparılır. Onun sözlərinə görə, bütün dünyada təşviqat prosesi sosial şəbəkələrdə aparılır: “Belə təşviqat əvvəlki seçkilərdən müqayisəolunmaz dərəcədə fərqlənir. Çünki sosial şəbəkələri bütün dünya izləyir. Hesab edirəm ki, Azərbaycandakı seçkiqabağı proses normal gedir”.

Son xəbərlər

Orphus sistemi