Yuxarı

MSK sədri rusiyalı həmkarı ilə görüşüb

Məzahir Pənahov  iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Rusiyalı həmkarı Vladmir Çurovu və rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan MSK sədri Məzahir Pənahov əlaqələri ilbəil genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. Sədr eyni zamanda vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.

Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov yenidən ölkəmizdə və Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu bildirib. MSK sədri Məzahir Pənahov qeyd edib ki, noyabrın 1-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi