Yuxarı

MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib

“Namizədlər ehtiyatlı olmalıdırlar”

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Sosial şəbəkələrdə namizədlərlə bağlı müxtəlif iformasiyalar yayılır. Deputatlığa namizədlər ehtiyatlı olmalıdırlar. Əgər onların adından yalan informasiyalar yayılırsa, təkzib etsinlər”

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, belə məsələləri araşdırmaq bir qədər çətindir: “Bəzi namizədlərin adından Seçki Məcəlləsinin müvafiq maddələrini poza biləcək məlumatlar yayılır. Bu hal televiziyada, mətbuatda baş verərsə, tədbir görə bilirik. Amma sosial şəbəkələrə nəzarət bir qədər çətindir. Deputatlığa namizədlər diqqətli olmalıdırlar. Onların xəbəri olmadan məlumatlar yayılırsa, açıqlama versinlər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi