MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib

MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib “Namizədlər ehtiyatlı olmalıdırlar”
Milli Məclis
29 Sentyabr , 2015 17:13
MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Sosial şəbəkələrdə namizədlərlə bağlı müxtəlif iformasiyalar yayılır. Deputatlığa namizədlər ehtiyatlı olmalıdırlar. Əgər onların adından yalan informasiyalar yayılırsa, təkzib etsinlər”

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, belə məsələləri araşdırmaq bir qədər çətindir: “Bəzi namizədlərin adından Seçki Məcəlləsinin müvafiq maddələrini poza biləcək məlumatlar yayılır. Bu hal televiziyada, mətbuatda baş verərsə, tədbir görə bilirik. Amma sosial şəbəkələrə nəzarət bir qədər çətindir. Deputatlığa namizədlər diqqətli olmalıdırlar. Onların xəbəri olmadan məlumatlar yayılırsa, açıqlama versinlər”.

Son xəbərlər

Orphus sistemi