MSK sabiq deputatın namizədliyini qeydə alıb

MSK sabiq deputatın namizədliyini qeydə alıb MSK-nın İşçi Qrupu məsələni araşdırıb və DSK-nın çıxardığı qərarı əsassız elan edib
Milli Məclis
9 Oktyabr , 2015 16:26
MSK sabiq deputatın namizədliyini qeydə alıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Müsavat Partiyasının Məclis üzvü, sabiq deputat İltizam Əkbərlinin şikayətinə baxılıb.

“Report”un məlumatına görə, 79 saylı İmişli Seçki Dairəsindən namizədliyini irəli sürən İ.Əkbərli MSK-ya müraciətində Dairə Seçki Komissiyasının əsassız qərar qəbul etdiyini bildirib.

İ.Əkbərli qeyd edib ki, DSK-ya təqdim etdiyi imzalardan 534-ü etibarlı hesab edilsə də, əmlakla bağlı sənədlərdə problem yaradılıb və onun namizədliyi qeydə alınmayıb.

MSK-nın İşçi Qrupu məsələni araşdırıb və DSK-nın çıxardığı qərarı əsassız elan edib. İ.Əkbərlinin namizədliyi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi