Yuxarı

MSK-nın iclası keçirilib

İclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. “Report”un məlumatına görə, iclasda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizədliyi Vətəndaş və İnkişaf Partiyasının təşəbbüsü ilə irəli sürülən Əli Əliyev (partiya sədri), öz təşəbbüsü ilə namizədliyini irəli sürən Ramin Rüstəmov və digər qeydə alınmış namizədlər deputatlığa namizəd Ülvi Quliyevin qanunsuz təşviqat aparması ilə bağlı MSK-ya şikayət ediblər.

Ə.Əliyev qeyd edib ki, Ülvi Quliyev Bakı Tibb Kollecinin akt zalında dərs prosesini pozaraq görüş keçirib.

MSK-nın Ekspert Qrupu şikayəti araşdırıb və təmin edilməyib.

MSK üzvü Bəxşeyiş Əsgərov digər şikayətlə bağlı məlumat verərək bildirib ki, 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Yusif Sultanov Dairə Seçki Komissiyasının onun namizədliyini qeydə almaması ilə bağlı qərarını mübahisələndirib. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun DSK-ya təqdim etdiyi imzalar deputatlığa namizədliyin qeydə alınması üçün yetərli deyil. Y.Sultanov həmçinin maliyyə hesabatını təqdim etməyib. Bütün bunlar əsas götürülərək onun namizədliyi qeydə alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi