Yuxarı
    Bağlamaq

    MSK Müsavat Partiyasının deputatlığa namizədini qeydə alıb

    Dairə Seçki Komissiyasının qərarı ləğv olunub

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissyasının (MSK) bugünki iclasında Ümid Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınma məsələsi müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, partiyanın bir neçə səlahiyyətli nümayəndəsi qeydə alınıb.

    Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

    İclasda bu il noyabrın 1-nə təyin edilən parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə də baxılıb.

    Şikayətlərlə bağlı MSK katibi Arifə Muxtarova və MSK üzləri Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov məlumat veriblər.

    89 saylı Göyçay-Ağdaş seçki daiərsindən Müsavat Partiyasının təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən Mahmud Hacılı MSK-ya müraciətində namizədliyinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını mübahisələndirib. MSK məsələyə baxıb və DSK-nın qərarını ləğv edib. M.Hacılının deputatlığa namizədliyi qeydə alınıb.

    73 saylı Lənkəran şəhər seçki dairəsinsən deputatlığa namizədliyini irəli sürən Bəxtiyar Ağazadə və 35 saylı Xətai Üçüncü seçki dairəsindən Müsavat Partiyasının təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən Mübariz Salayev namizədliklərinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını mübahisələndiriblər. MSK onların şikayətini təmin etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi