Yuxarı

MSK deputatlığa namizədliyi qeydə alınan şəxslərin sayını açıqlayıb

1 200 müşahidəçi qeydiyyatdan keçib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1 240 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, qeydə alınan namizədlərin 275-ni 15 siyasi partiya, 19-nu "Azadlıq-2015" seçki bloku, 2-ni təşəbbüs qrupları irəli sürüb. 944 namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılıb.

MSK sədri qeyd edib ki, ölkə üzrə seçkiləri izləyəcək 1 200 müşahidəçi qeydiyyatdan keçib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi