MSK Elza Seyidcahanın şikayətinə baxıb

MSK Elza Seyidcahanın şikayətinə baxıb MSK şikayəti baxılması üçün dairə seçki komissiyasına göndərib
Milli Məclis
6 Noyabr , 2015 16:12
MSK Elza Seyidcahanın şikayətinə baxıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd olan Elza Seyidcahanın (Qasımova) şikayətinə baxılıb.
“Report”un məlumatına görə, o, şikayətində bildirib ki, noyabrın 1-də parlament seçkilərində səsvermə günü seçki dairəsinin bəzi məntəqələrində qanun pozuntuları baş verib. E.Seyidcahan həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

MSK şikayəti baxılması üçün dairə seçki komissiyasına göndərib.

Son xəbərlər

Orphus sistemi