Yuxarı
    Bağlamaq

    “Milli Məclisə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib

    Əli Həsənov: “Mətbuat seçkilərin şəffaf keçirilməsində mühüm rol oynayır”

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı və KİV rəhbərlərinin iştirakı ilə “Milli Məclisə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.

    “Report”un məlumatına görə, tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, ölkə rəhbərliyinin şəffaf seçkilərin keçirilməsi ilə bağlı ortaya qoyduğu iradə təqdirəlayiqdir.

    O bildirib ki, seçkilərin şəffaf keçirilməsində kütləvi informasiya vasitələrinin rolu böyükdür: “Çalışırıq ki, seçkilərlə bağlı kimin fikri varsa, ortaya qoysun. Bütün məsələlər aydınlaşdırılmalıdır. Mətbuatın bu işdə rolunu xüsusi vurğulamaq lazımdır”.

    M.Pənahov bildirib ki, təşviqat kampaniyasından öncə deputatlığa namizədlərin təşviqatla məşğul olması yolverilməzdir: “Biz bu məsələləri diqqətdə saxlayırıq. Ölkədə keçirilən seçkilərə həssas, ciddi yanaşırıq. Əlimizdən gələni etməliyik ki, seçki prosesinə kölgə salınmasın”.

    Çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuatın seçki prosesindəki rolundan danışıb.

    O bildirib ki, mətbuat seçkilərin keçirilməsində cəmiyyətin, siyasətçilərin fikrini formalaşdırır, seçkilərin şəffaf keçirilməsində mühüm rol oynayır.

    Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu bildirib ki, jurnalistlər üçün seçki prosesi ilə bağlı treninqlər keçirilib. O qeyd edib ki, seçkilərin normal şəraitdə keçirilməsi üçün bu istiqamətdə işlər davam etdirilir.

    Tədbir məruzələrlə davam etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi