Yuxarı

Məzahir Pənahov: “Seçki bülletenlərinin çapı sabah başa çatır” 

MSK sədri: Oktyabrın 22-dən başlayaraq bülletenlər seçki dairələrinə paylanılacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Seçki bülletenlərinin çapı sabah başa çatır”. 

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. 

O bildirib ki, oktyabrın 22-dən başlayaraq bülletenlər seçki dairələrinə paylanılacaq. MSK sədri qeyd edib ki, yerlərdə bülletenlərin saxlanılması üçün problem yoxdur: “Bülletenlər səsvermə gününə 3 gün qalmışa qədər seçki məntəqələrinə paylanılmalıdır”. 

Qeyd edək ki, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi