Yuxarı
    Bağlamaq

    Mərkəzi Seçki Komissiyasında rusiyalı jurnalistlərlə görüş keçirilib

    Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri MSK-da olublar

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 27-də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Bu barədə MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən "Report"-a məlumat verilib.

    Məzahir Pənahov Milli Məclisə seçkilər ərəfəsində qonaqlarla görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycanda seçkilər hər zaman istər yerli, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün şərtlər mövcuddur. Yerli və beynəlxalq müşahidəçilərin, həm yerli, həm də xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.

    MSK sədri M.Pənahov, həmçinin Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş genişmiqyaslı layihələr barədə xarici jurnalistlərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

    MSK üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşları, habelə yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdikləri görüş çərçivəsində xarici jurnalistlər Milli Məclisə seçkilər ərəfəsində Komissiyanın fəaliyyəti və müxtəlif layihələrlə bağlı həyata keçirilən son tamamlama işləri ilə də yaxından tanış olublar və səmimi görüşə görə təşəkkürlərini bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi