"MDB PA Azərbaycan xalqının azad iradəsini alqışlayır"

"MDB PA Azərbaycan xalqının azad iradəsini alqışlayır" "Seçici fəallığı ötən illərə nisbətən daha yüksək idi"
Milli Məclis
2 Noyabr , 2015 12:16
MDB PA Azərbaycan xalqının azad iradəsini alqışlayır

Bakı. 2 noyabr. REPORT.AZ/ "MDB Parlamentlərarası Assambleyası (PA) Azərbaycan xalqının azad iradəsini alqışlayır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutski deyib.

"Seçici fəallığı ötən illərə nisbətən daha yüksək idi, əla nəticədir" deyən L.Slutski seçkilər nəticəsində yeni, demokratik, sistemli yeni parlament çağırış formalaşacağına əmin olduğunu deyib. O, həmçinin yeni parlamentin ikitərəfli münasibətlərdə fəal olacağına inandığını vurğulayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinə münasibət bildirərkən müşahidəçilər qrupunun əlaqələndiricisi belə deyib: "Onlar siyasi-informasiya meydanında Azərbaycanın əleyhinə nəsə etmək istərkən ATƏT-in bir institutu kimi özlərini gözdən saldılar". 

Son xəbərlər

Orphus sistemi