Yuxarı

MDB müşahidə missiyasının rəhbəri: "Seçkilər dinc, seçicilərin yüksək fəallığı şəraitində keçirilir"

Seçici fəallığı insanların ölkənin gələcəyi üçün məsuliyyət hissi keçirməsindən xəbər verir

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanda parlament seçkiləri dinc, seçicilərin yüksək fəallığı şəraitində keçirilir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB müşahidə missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, müxtəlif partiya və namizədlərin çoxlu sayda yerli müşahidəçisinin olması müsbət məqamdır: "Onların hamısı səsvermənin gedişatını müşahidə etmək imkanına malikdir. Mənə elə gəlir ki, seçici fəallığı insanların ölkənin gələcəyi üçün məsuliyyət hissi keçirməsindən xəbər verir".

S.Lebedev vurğulayıb ki, seçki məntəqələrinin açılmasından sonra Bakıda dörd məntəqədə olub. O, gün ərzində 9 məntəqədə olmağı planlaşdırdığını da əlavə edib. Missiya rəhbəri hər şeyin yüksək səviyyədə təşkil olunduğunu deyib: "Bu gün müşahidə etdiklərimiz bizə əsas verir ki, seçkilərin yüksək səviyyədə, yaxşı təşkilatlanmış formada keçdiyini deyək".

Onun sözlərinə görə, MDB-nin müşahidə missiyasının tərkibinə 147 nəfər daxildir. Onların bəziləri regionlarda, o cümlədən Sumqayıt və Gəncədə seçkilərin gedişatını müşahidə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi