Yuxarı

Matias Dornfeldt: "Azərbaycandakı seçkilər, heç şübhəsiz ki, demokratik şəraitdə keçiriləcək"

Azərbaycan Xəzər regionunun ən sabit və çiçəklənən ölkələrindən biridir

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycanda vəziyyət sabitdir və əhalinin əksəriyyəti seçkilərdə iştirak etmək niyyətindədir. Azərbaycandakı seçkilər, heç şübhəsiz ki, demokratik şəraitdə keçiriləcək".

Bu barədə "Report"a Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Matias Dornfeldt bildirib.

O qeyd edib ki,  siyasi partiya, təşəbbüs qrupları tərəfindən irəli sürülən və ya müstəqil namizədlər qismində seçkiyə qatılan 1200-dən artıq şəxs qeydiyyatdan keçib.

Bundan əlavə, M.Dornefldt  vurğulayıb ki, Azərbaycan Xəzər regionunun ən sabit və çiçəklənən ölkələrindən biridir: "Ölkədə yəhudi, xristian və müsəlmanlar dinc, yanaşı yaşayırlar".

Onun sözlərinə görə, Azərbaycanın 20% ərazilərini işğal edən Ermənistandan başqa "Odlar Yurdu" həm postsovet məkanı ölkələri, Yaxın Şərq və Orta Asiya dövlətləri, həm də dünyanın digər ölkələri ilə yaxşı münasibətlər qurub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi