Leonid Slutski: "DTHİB tərəfindən belə bəyanatlar Azərbaycanın imicinə heç cür təsir etməyəcək"

Leonid Slutski: "DTHİB tərəfindən belə bəyanatlar Azərbaycanın imicinə heç cür təsir etməyəcək" "DTHİB-nin imtinası bir daha göstərir ki, struktur başqalarının əlində alətə çevrilib"
Milli Məclis
1 Noyabr , 2015 08:52
Leonid Slutski: DTHİB tərəfindən belə bəyanatlar Azərbaycanın imicinə heç cür təsir etməyəcək

Bakı. 1 noyabr. REPORT.AZ/ "Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTHİB) hər zaman gözdə çöp axtarıb. Təəssüf ki, beynəlxalq arenada və mətbuatda Azərbaycana və mənim ölkəm olan Rusiyaya qarşı təxribatlar həyata keçirilir, gərginlik yaradılır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Leonid Slutski DTHİB-nin Azərbaycandakı seçkiləri müşahidədən imtina etməsinə münasibət bildirərkən deyib.

"Azərbaycanda seçkilər yaxşı təşkil olunub və DTHİB bu barədə məlumatlıdır. Məhz bu səbəbdən okeanın o tayından olan instruktorlar qərar qəbul ediblər ki, seçkilərə müşahidəçi göndərilməsin", - Slutski qeyd edib.

Onun sözlərinə görə, DTHİB imtinası bir daha göstərir ki, bu struktur başqalarının əlində alətə çevrilib.

"DTHİB tərəfindən belə bəyanatlar və hərəkətlər Azərbaycanın imicinə heç cür təsir etməyəcək, ölkənin inkişafını məhdudlaşdırmayacaq", - MDB PA müşahidəçilər qrupunun əlaqələndiricisi bildirib.

Son xəbərlər

Orphus sistemi