Yuxarı
    Bağlamaq

    "ELS": "Saat 10.00-a qədər seçki məntəqələrində seçici fəallığı 12,2 faiz qeydə alınıb"

    Gün ərzində seçici fəallığı ilə bağlı məlumatlar mütəmadi şəkildə ictimaiyyətə çatdırılacaq

    Bakı. 1 noyabr. REPORT.AZ/ "Saat 10.00-a olan statistikaya əsasən, seçki məntəqələrində seçici fəallığı 12,2 faiz olub". Bu barədə "Report"a "exit-poll" keçirən "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin mətbuat katibi Lalə Qafarova bildirib.

    Onun sözlərinə görə, gün ərzində seçici fəallığı ilə bağlı məlumatlar mütəmadi şəkildə ictimaiyyətə çatdırılacaq.

    Mərkəz rəsmisi onu da qeyd edib ki, 118 dairədə, 1 180 seçki məntəqəsində 2 600 müşahidəçi ilə seçkilərdə iştirak edirlər.

    Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 501 beynəlxalq və 63 mindən çox yerli müşahidəçi izləyir. Həmçinin seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

    Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi