​Əflatun Amaşovun deputatlığa namizədliyi qeydə alınıb

​Əflatun Amaşovun deputatlığa namizədliyi qeydə alınıb O, namizədliyini 62 saylı Saatlı seçki dairəsindən irəli sürüb
Milli Məclis
23 Sentyabr , 2015 09:46
​Əflatun Amaşovun deputatlığa namizədliyi qeydə alınıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Aazərbaycan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşovun deputatlığa namizədliyi qeydə alınıb.

"Report"un məlumatına görə, Ə.Amaşov 62 saylı Saatlı seçki dairəsindən namizəd olub.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən Nazim Rəşidovun namizədliyini irəli sürüb.

Əflatun Amaşov 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub.

1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri olub. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

V çağırış Milli Məclisə seçkilər bu ilin noyabrın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi