​MSK parlament seçkilərinin yekunlarına dair protokolu Konstitusiya Məhkəməsinə təqdim edib - FOTO

​MSK parlament seçkilərinin yekunlarına dair protokolu Konstitusiya Məhkəməsinə təqdim edib - FOTO 124 seçki dairəsi üzrə tərtib olunan protokolu MSK üzvü Akif Qurbanovdan başqa, digər üzvlər imzalayıblar
Milli Məclis
18 Noyabr , 2015 22:09
​MSK parlament seçkilərinin yekunlarına dair protokolu Konstitusiya Məhkəməsinə təqdim edib - FOTO

Bakı. 18 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası(MSK) noyabrın 1-də keçirilən parlament seçkilərinin ümumi yekunlarına dair protokolu Konstitusiya Məhkəməsinə təqdim edib.

Bu barədə “Report”a MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, 124 seçki dairəsi üzrə tərtib olunan protokolu MSK üzvü Akif Qurbanovdan başqa, digər üzvlər imzalayıblar.

V çağırış Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə həmin müddət artırıla bilər) təsdiq etməlidir.

Son xəbərlər

Orphus sistemi