Yuxarı

"​Aztelekom": "Seçki prosesini internet üzərindən və fasiləsiz izləmək üçün bütün lazımi tədbirlər görülüb"

Regionlarda rabitənin dayanıqlığı tam təmin edilib

Bakı. 1 noyabr. REPORT.AZ/ "Aztelekom" MMC-nin xidməti ərazisində 86 dairə üzrə 671 məntəqədə veb kameralar quraşdırılıb, bütün bu məntəqələr alternativ enerji mənbələri ilə təmin edilib".

Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, regionlarda rabitənin dayanıqlığı tam təmin edilib: "Qaçqınların yaşadıqları ərazilər və ucqar məntəqələr də rabitə ilə təmin edilib. Veb-kameralar vasitəsilə seçki prosesini internet üzərindən və fasiləsiz izləmək üçün bütün lazımi tədbirlər görülüb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi