Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 30-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək.
"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
İspaniyalı deputat Xordi Xuklanın rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə 30 müşahidəçi daxildir.
Nümayəndə heyətinin səfəri noyabr ayının 2-də başa çatacaq.