​Əflatun Amaşov: "Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanır"

​Əflatun Amaşov: "Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanır" "Tədbirlər planı yaxın vaxtlarda açıqlanacaq"
Media
1 May , 2015 11:31
​Əflatun Amaşov: Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanır

Bakı. 1 may. REPORT.AZ/ "Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanır". Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, tədbirlər planı Mətbuat Şurasının İdarə Heyətində müzakirə olunacaq: "Müzakirələr aparıb, qərar verəcəyik. Şuranın keçirəcəyi tədbirlər yubiley mərasimlərinin bir hissəsi olacaq. Azərbaycanda həmişə mətbuatın yuvarlaq tarixlərində yüksək səviyyəli tədbirlər keçirilib. Mətbuatın yubileyi dövlət səviyyəsində qeyd olunur. Belə tədbirlər təkcə Bakıda deyil, ayrı-ayrı regionlarda da təşkil edilir". 

Şura sədri qeyd edib ki, mətbuatın 140 illik yubileyinə bir qədər vaxt var. Ona görə də tədbirlər planı tam dəqiqləşməyib. 

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli "Report"a açıqlamasında deyib ki, mətbuatın 140 illiyi ilə bağlı tədbirlər planı yaxın vaxtlarda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi