Yuxarı
    Bağlamaq

    Yeni xəbər kanalının yerüstü yayıma başlayacağı tarix açıqlanıb

    Dinlə

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalının yerüstü yayıma başlayacağı tarix açıqlanıb.

    ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov “Report”a bildirib ki, yeni televiziya kanalı ən son model texnika ilə təmin olunub.

    O qeyd edib ki, “ARB 24” adlanacaq yeni xəbər kanalı yerüstü yayıma çıxmağa tam hazırdır: “Sadəcə görülən işlərin daha da təkmilləşdirilməsi üçün hazırda testlər edilir. Kanalın yaradıcı və texniki heyəti gücləndirilib, aparıcı kastinqləri keçirilir”.

    İ.Həsənov əlavə edib ki, kanalın ümumrespublika yayımına noyabrın 12-də çıxmağı planlaşdırılır: “Tamaşaçılara tam fərqli formatda kanal təqdim edə biləcəyimizə inanırıq”.

    Qeyd edək ki, MTRŞ “Türkel TV” MMC-ni (ARB 24) ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi