Yeni jurnalın təqdimat mərasimi keçirilib

Yeni jurnalın təqdimat mərasimi keçirilib “Banking Baku” jurnalının saytı da fəaliyyətə başlayıb
Media
17 Mart , 2016 17:10
Yeni jurnalın təqdimat mərasimi keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ “Davamlı İnkişaf Təşəbbüsləri” İctimai Birliyinin təsis etdiyi “Banking Baku” jurnalının və saytının təqdimat mərasimi keçirilib. “Report”un xəbərinə görə, təqdimatda millət vəkilləri, bank sektorunun nümayəndələri, iş adamları və QHT təmsilçiləri iştirak ediblər.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni maliyyə-bank təmayüllü jurnalın və saytın həm Azərbaycan mətbuatı, həm bank sektoru, həm də QHT sahəsində yeni bir təşəbbüs olduğunu deyib, jurnalın və saytın əhəmiyyətindən danışıb. 

“Banking Baku” jurnalının baş redaktoru Aysel Quliyeva təsis etdikləri jurnalın və saytın əsas məramını açıqlayaraq bildirib ki, post-neft iqtisadiyyatı dövründə bankların sosial məsuliyyətinin artırılması, vətəndaş-bank münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, yerli sahibkarların və xarici investorların bank-maliyyə savadlılığının artırılması, bu sahədə operativ məlumatların oxuculara çatdırılması üçün belə bir informasiya orqanının yaradılmasına zərurət var. O, jurnalın üç dildə - Azərbaycan, rus, və inglis dillərində nəşr edilməsini həm daxili auditoriyaya, həm də xarici iş adamlarına informasiya dəstəyi kimi qiymətləndirib.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü Elçin İsayev, millət vəkilləri Şəmsəddin Hacıyev, Əflatun Amaşov, Azay Quliyev və İlham Məmmədov çıxış edərək, jurnal və sayt haqqında öz fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi