Yaponiyanin aparıcı televiziyasının çəkiliş qrupu Azərbaycanda olub

Yaponiyanin aparıcı televiziyasının çəkiliş qrupu Azərbaycanda olub Bakı. 12 dekabr. REPORT.AZ/ Yaponiyanın aparıcı Nippon televiziyasının dünya ölkələrinin mədəniyyət və turizm imkanlarından bəhs edən məşhur Let’s challenge the world proqramının çəkiliş qrupu Azərbaycanda olub. 
Media
12 Dekabr , 2017 13:33
Yaponiyanin aparıcı televiziyasının çəkiliş qrupu Azərbaycanda olub
Report

Bakı. 12 dekabr. REPORT.AZ/ Yaponiyanın aparıcı "Nippon" televiziyasının dünya ölkələrinin mədəniyyət və turizm imkanlarından bəhs edən məşhur "Let’s challenge the world" proqramının çəkiliş qrupu Azərbaycanda olub. 

"Report"un məlumatına görə, verilişdə Azərbaycanın turizm imkanları, paytaxt Bakının görməli yerləri, Qobustan, palçıq vulkanı, Yanardağ, Neftçala nefti ilə müalicə üsulları, xalqımızın qonaqpərvərliyi, Azərbaycan Dövlət Dillər İnstitutunda yapon dilinin tədrisi, Azərbaycan mətbəxi və dolmanın hazırlanması barədə maraqlı süjetlər yer alıb.

Veriliş əsnasında Azərbaycan və Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğu, rəsmi qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd olunub.

Qeyd edək ki, "Nippon" televiziyası 30 milyondan çox tamaşaçı auditoriyasına malikdir. 

Son xəbərlər

Orphus sistemi