Bakı. 20 sentyabr. REPORT.AZ/ Vergi orqanlarında büdcədənkənar vəsaitdən Vergilər Nazirliyinin təsisçisi olduğu və ya idarəetməsində olan Kütləvi İnformasiya Vasitələrinə, o cümlədən sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımı ayrılacaq.
“Report” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Qaydanın 3-cü (Büdcədənkənar vəsaitdən istifadə istiqamətləri) maddəsinə 3.2.7-ci yarımbəndi əlavə edilib.
Əlavəyə əsasən, vergi orqanlarında büdcədənkənar vəsaitindən Vergilər Nazirliyinin təsisçisi olduğu və ya idarəetməsində olan kütləvi informasiya vasitələrinə, o cümlədən sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımı ayrılacaq.