Yuxarı
    Bağlamaq

    “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr ənənəvi mediadan internet mediaya keçid” mövzusunda konfrans başlayıb

    Əflatun Amaşov: Türkiyə və Azərbaycan mediası arasında sıx əlaqələr qurulub

    Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr ənənəvi mediadan internet mediaya keçid” mövzusunda beynəlxalq konfrans başlayıb.

    “Report”un məlumatına görə, tədbirdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, TRT-nin baş direktoru Şenol Göka, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, səfirliyin mətbuat müşaviri Hamit Karadeniz və başqaları iştirak ediblər.

    Konfransda çıxış edən mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, ənənəvi media öz yerini internet mediasına verir. O xatırladıb ki, statistika Azərbaycanda ölkə əhalisinin yarıdan çoxunun xəbərləri internetdən oxuduğunu göstərir: “İnternet medianın özəlliyi həm də orada olan sərbəstlikdir. Bu, Türkiyədə də belədir. 2007-cil ildən başlayaraq, Türkiyə və Azərbaycan mediası arasında sıx əlaqələr qurulub. Bu, 2015-cil ildə daha da güclənəcək. Bu aspektdən Dağlıq Qarabağ problemini də dünya ictimaiyyətinə çatdıra bilərik”.

    Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz isə çıxışında qeyd edib ki, media əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında əlaqələri daha möhkəmləndirmək olar: “Bu, növbəti illərdə də davam edəcək. Ümid edirik ki, birgə iş birliyimizin faydasını görəcəyik”.

    Səfirliyin nümayəndəsi deyib ki, mediada sərbəstlik olmalıdır, amma bu, həddini keçməməlidir: “Yəni, “xəbər” deyib, hər şeyi yazmamalıyıq. Burada qarşı tərəfi də düşünmək lazımdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi