Yuxarı

Türkiyə prezidenti AFP-nin versiyasına görə ilin ən nüfuzlu şəxsləri sırasında ilk üçlüyə düşüb

Reytinqə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp başçılıq edib

Bakı. 21 dekabr. REPORT.AZ/ "France Presse" İnformasiya Agentliyi (AFP) başa çatmaqda olan ilin ən nüfuzlu şəxslərinin reytinqini tərtib edib.

"Report" xəbər verir ki, siyahıya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp başçılıq edib.

Reytinqdə ikinci yeri Rusiya prezidenti Vladimir Putin, üçüncü yeri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tutub.

Reytinq agentliyin bütün dünya üzrə işçiləri arasında aparılan sorğu nəticəsində müəyyənləşib.

İlk onluğa, həmçinin Hillari Klinton, Naycel Fərac, Bəşşar Əsəd, Barak Obama, Roma Papası Fransisk, Bob Dilan və Mişel Obama daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi