TRT Xocalı soyqırımı ilə bağlı anım həftəsinə start verib

TRT Xocalı soyqırımı ilə bağlı anım həftəsinə start verib "Xocalı qətliamı" özəl yayımı fevralın 26-da saat 12:30-da "TRT Avaz" telekanalında yayımlanacaq
Media
22 Fevral , 2017 16:45
TRT Xocalı soyqırımı ilə bağlı anım həftəsinə start verib

Bakı. 22 fevral. REPORT.AZ/ TRT telekanalı Xocalı soyqırımı ilə bağlı anım həftəsinə start verib.

TRT Bakı təmsilçiliyindən "Report"a verilən məlumata görə, təmsilçilik Xocalı soyqırımının 25 ildönümü ilə əlaqədar canlı yayımlar, proqramlar və özəl qonaqlarla “TRT 1”, “TRT Haber”, “TRT Avaz” telekanalları vasitəsilə yayımlara başlayacaq.

"TRT Avaz" telekanalı "Xocalı özəl’’ proqramı vasitəsilə hər il olduğu kimi Türk Dünyasının otraq ağrısı olan faciəni ekranlara gətirəcək.

"Xocalı qətliamı" özəl yayımı fevralın 26-da saat 12:30-da "TRT Avaz" telekanalında yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi