​"The Budapest Times" qəzetində I Avropa Oyunları barədə geniş məqalə çıxıb

​"The Budapest Times" qəzetində I Avropa Oyunları barədə geniş məqalə çıxıb Azərbaycan Avroviziya müsabiqəsində olduğu kimi, Avropa Oyunlarına da uğurla ev sahibliyi edib
Media
25 İyun , 2015 19:15
​The Budapest Times qəzetində I Avropa Oyunları barədə geniş məqalə çıxıb

Bakı. 25 iyun. REPORT.AZ/ Macarıstanın nüfuzlu həftəlik “The Budapest Times” dərgisində I Avropa Oyunları ilə bağlı geniş məqalə dərc edilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə Avropa Oyunlarında iştirak edən ölkələr, eləcə də idmançılar və yarışlar barədə müfəssəl məlumat verilib, Macarıstanın yarışlarda 200 idmançı ilə təmsil olunduğu vurğulanıb.

Müəllif Avropa Oyunlarının əhəmiyyətindən bəhs edərək bir çox idman növləri üzrə Braziliyada keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunlarında (Rio-de-Janeyro) iştirak üçün lisenziya verdiyini xatırladıb. Müəllif Azərbaycanın Avroviziya müsabiqəsində (2012) olduğu kimi, Avropa Oyunlarına da uğurla ev sahibliyi etdiyini yazıb.

Məqalədə "Bakı 2015" üçün seçilmiş atributların geniş təsviri verilib və hər birinin daşıdığı anlam dəqiqliyi ilə oxucuların nəzərinə çatdırılıb. Həmçinin Bakının görməli yerlə barədə də məlumat verilib.

Məqalədə, eyni zamanda, Azərbaycanın müstəqilliyini əldə etməsi, keçid dövrü, Ermənistanla müharibə şəraitində olması və s. kimi məsələlər oxucuların diqqətinə çatdırılıb, ölkənin zəngin neft-qaz ehtiyatına malik olması və düzgün aparılmış daxili və xarici siyasət nəticəsində inkişaf qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi