Yuxarı
    Bağlamaq

    Teleradio İB: "Əhalinin rəqəmli televiziya yayımı ilə bağlı şikayətləri azalıb"

    Gələn zənglər əsasən texniki problemlərlə bağlı olur

    Bakı 10 fevral. REPORT.AZ/ Azərbaycan ərazisində analoq televiziya yayımının rəqəmli yayımla əvəz olunmasından sonra əhalinin müraciətlərini qəbul etmək üçün yaradılan "Qaynar xətt"ə (14-11) 54 min 756 müraciət daxil olub.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) "Report"a bildirilib ki, Bakı şəhərindən olan müraciətlərin sayı azalıb.

    Məlumata görə, "Qaynar xətt"ə Abşeron rayonundan da çox az sayda müraciətlər olur: "Yanvarın sonunadək rayonlardan müraciətlər edilirdi. Fevraldan başlayaraq rayonlardan gələn zənglərin sayı azalıb. Gələn müraciətlər isə əsasən texniki problemlərlə bağlı olur".

    Qurumdan bildirilib ki, bölgələrdə, xüsusilə, dağlıq ərazilərdə monitorinqlər aparılır və yayımda problem olan məkanlarda rəqəmli televiziya vericilərinin quraşdırılması istiqamətində işlər görülür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi